12 oktyabr 2022 17:59
758

YAP regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib FOTO

Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası (YAP) regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib.

2022-ci ilin 11-12 oktyabr tarixlərində YAP Daşkəsən rayon təşkilatı Daşkəsən şəhər Uşaq İncəsənət məktəbi, Uşaq Gənclər İdman Şahmat məktəbi, Çanaqçı, Alaxançallı, Qaraqullar kənd ərazi, Gəncə-Daşkəsən regional Təhsil idarəsinin Daşkəsən rayonu üzrə Təhsil sektoru, Daşkəsən rayon Uşaq Gənclər İnkişaf Mərkəzi, Zahir Bağırov, İmadəddin Nəsimi, Anar Mürsəlov  və Səməd Vurğun adına ərazi partiya təşkilatlarında partiyanın yaranmasının 30 illiyi münasibəti ilə yığıncaqlar və görüşlər keçirilib.    
Bütün yığıcaqlarda ümummilli lider, YAP-ın yaradıcısı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və aparatın digər işçiləri çıxış edərək amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident, YAP-ın sədri İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasətindən, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından söhbət açıblar. Eyni zamanda tədbirlərdə dövlət başçısının Qırğızıstan səfəri, orada keçirdiyi görüşlər və imzalanan sənədlərin əhəmiyyəti barədə yığıncaq iştirakçılarına geniş məlumat verilib.
Yığıncaqlarda onlarla Daşkəsən sakini partiya sıralarına qəbul olunmaq və digər onlarla partiya üzvü qeydiyyatının dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edib.

Cavid Əkbərov, "İki sahil"