Ötən gün ölkəmizdə aparılan 2 min 375 test nəticəsində məlum olub ki, 38 nəfər koronavirusa (COVID-19) yoluxub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində dünyasını dəyişən virus daşıyıcısı olmayıb.
Daha 52 nəfər isə COVID-19 xəstəsi virusdan sağalıb.