08 noyabr 2022 16:56
415

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 72 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, “buster” doza ilə peyvənd olunanların sayı 24, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.