08 noyabr 2022 19:05
429

Şəmkirli qazi və müharibə iştirakçıları Bakıya səfər edib

Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Zəfərimizin 2-ci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsi qaziləri, müharibə iştirakçıları və fəal gənclərimizin iştirakı ilə Bakı şəhərinə səfər təşkil olunub. 

“İki sahil” xəbər verir ki,  ziyarət iştirakçıları ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra iştirakçılar Şəhidlər xiyabanı və II Fəxri xiyabana gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri qoyublar. 

Səfərin sonunda iştirakçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olmaq məqsədilə Hərbi Qənimətlər Parkında olublar. Burada iştirakçılara maraqlı eksponatlar, hərbi texnikalar barədə ətraflı məlumat verilib.