8 Noyabr-Zəfər Günündə respublikanın meşə fondu torpaqlarında meşəbərpa tədbirləri həyata keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, bu gün Sabirabad, Bərdə, Ağcabədi və Şəmkir rayonlarında yerli iqlim şəraitinə uyğun 21 min ağac tingi əkilib, 100 kiloqramdan çox toxum səpilib: "Meşəbərpa tədbirlərinin dekabr ayının sonuna kimi davam etdirilməsi planlaşdırılır".