10 noyabr 2022 08:26
419

“Gəncə” klubu Azərbaycan Basketbol Liqasında dördüncü qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında beşinci tura start verilib.

"İki sahil" xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Gəncə” və "Neftçi” komandalarının basketbolçuları üz-üzə gəliblər.

Turun açılış oyununda region komandası “Gəncə” rəqibinə 68:65 hesabı ilə qalib gələrək çempionatda dördüncü qələbəsini qazanıb. Matçda ən məhsuldar basketbolçular - "Gəncə"dən Ceylon Perri (21 xal, 5 ribaund ), "Neftçi”dən isə Mohsen Moradxani (21 xal, 12 ribaund) olublar.

Qeyd edək ki, turun növbəti oyunlarında NTD “Sabah”, "Olimpik Şəki” "Zirvə- Astara", "Sərhədçi" isə "AAAF Xırdalan” ilə qarşılaşacaq. Oyunlar noyabrn 12-13-də “Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.