11 noyabr 2022 10:10
530

UEFA PRO lisenziya və diplomlar təqdim olunub

AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Qeyd edilib ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.