14 yanvar 2023 17:00
598

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 106 test nəticəsində məlum olub ki, 72 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 3 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 116 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.