14 yanvar 2023 17:03
593

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 594 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 141, “buster” doza ilə peyvənd olunanların sayı 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 nəfərdir.