YAP Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verib.
Bununla əlaqədar oaraq 16 yanvar tarixində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Uşaq İncəsənət məktəbi ərazi partiya təşkilatında yığıncaq keçirilib.
Ərazi partiya təşkilatının sədri Elxan Cabbarov tədbiri giriş sözü ilə açaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin bu məsələ ilə bağlı imzaladığı Sərəncamdan, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, dahi şəxsiyyətin uzun illər qəlblərdə yaşayacağını vurğulayıb.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi-Daşkəsən rayonu üzrə nümayəndə İsax Məmmədov və başqaları çıxış edərək bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin əbədiyaşar idealarını şərəflə yerinə yetirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixdə «Qarabağ Fatehi» kimi qalacaqdır.
YAP Daşkəsən rayon təşkilatının tədbirləri davam etdirilir.
Cavid Əkbərov, "İki sahil"
Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır
Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib
Dilçi-alim: Orfoqrafiya qaydalarına əməl olunması dilimizin qorunmasına töhfə verir