Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə vətəndaşlarla onlayn qəbul keçirib.
“İki sahil” xəbər verir ki, videoformatda keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən su, iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, hüquqi yardım və s. ilə bağlı olub. Seçicilərin səsləndirdikləri müraciətləri qeydə alınıb, növbəti addımların atılması istiqamətində müzakirələr aparılıb, bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilib.
Sonda qəbulda iştirak edən vətəndaşlar, görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır
Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib
Dilçi-alim: Orfoqrafiya qaydalarına əməl olunması dilimizin qorunmasına töhfə verir