20 yanvar 2023 18:37
543

Avtomobillərdən pul oğurlayan iki nəfər saxlanılıb FOTO

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.