20 yanvar 2023 21:55
674

Daşkəsəndə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı ümumrayon anım mərasimi keçirilib FOTO

Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Daşksən rayon təşkilatının birgə təşkilatçılığı ilə Şəhidər Xiyabanında ümumrayon tədbiri keçirilib.

Tədbirdə şəhidlərin ailə üzvləri, yüzlərlə rayon sakini və hərbçilər iştirak ediblər. Şəhidlər Xiyabanında alovlanan Əbədi Məşəlin önünə Daşkəsən RİH başçısı Əhəd Abıyev əklil qoyduqdan sonra şəhid məzarları üzərinə qərənfillər düzülüb. Şəhidlər Xiyabanında RİH başçısı Ə.Abıyevin təşəbbüsü ilə yaradılmış guşədə torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirə lövhəsinə bir qrup gənclə birlikdə baxış keçirilib.
Şəhidlərimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Cavid Əkbərov, «İki sahil»