21 yanvar 2023 01:39
571

Polisdən yayınmaq üçün xarici görkəmini, hətta yerişini də dəyişib

Daxili İşlər Nazirliyi azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin necə saxlandığını açıqlayıb.

“İki sahil” xəbər verir ki,  DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlamasında bu barədə məlumat verib.

“Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı.

Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik” – deyə DİN rəsmisi bildirib.