21 yanvar 2023 18:55
623

Ekoaksiya: Rusiya sülhməramlılarına məxsus iki yük avtomobili aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 41-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

“İki sahil” xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.