03 fevral 2023 21:36
503

Ali Koçun oğlu xizək sürərkən yıxılıb və... FOTO

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koçun oğlu Kerim Rehmi Koçun başına iş gəlib.

“İki sahil”  Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, semestr tətili üçün getdiyi ölkədə xizək sürərkən yıxılaraq xəsarət alıb.

Kerim şəxsi təyyarə ilə İstanbula gətirilərək ailəsinə məxsus xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, xəstəxanada aparılacaq müayinələrdən sonra onun əməliyyat olub-olmayacağına qərar veriləcək.