04 fevral 2023 15:04
471

Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər.

"Biz terroru kökündən silməyə qətiyyətli və qərarlıyıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd eədk ki, ötən gün Türkiyə Ordusu tərəfindən İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilmişdi.

Türkiyə Ordusu sözügedən istiqamətdə əməliyyatlarını davam etdirir.