“Beach Energy Ltd.” şirkəti Avstraliyanın “Perth” hövzəsindəki “EP 320” kəşfiyyat lisenziyasında yerləşən “Trigg Northwest 1” quyusunda qaz kəşfinə imza atıb. Quyu məhsuldarlığın, həcmin və kommersiya imkanlarının gələcək sınaqları üçün tamamlanacaq.
“Trigg Northwest 1” “Perth” hövzəsində qaz kəşfiyyatı kampaniyası üzrə dördüncü və şirkətin operatoru olduğu ikinci quyudur. Quyunun ümumi dərinliyi 5000 m-ə qədərdir və ehtiyat quyunun “Kingia Qumdaşı” reservuarını hədəf alan qatında aşkar olunub. “Trigg Northwest 1” quyusu “Trigg 1” quyusundan sonra qazılıb .
Qeyd edək ki, “Trigg 1”quyusu iyun ayının 23-də qazılıb. Lakin quyuda heç bir karbohidrogen ehtiyatı aşkar olunmayıb.
Leyla Şıxəli, “İki sahil”