16 iyul 2026 15:57
103

Ermənistanda Rusiya vətəndaşı beynəlxalq sorğu əsasında saxlanılıb

Rusiya Federasiyasının Omsk şəhərindən olan rusiya vətəndaşı Aleksandr Yermakov xarici ölkələrin səlahiyyətli orqanlarının sorğusu əsasında Ermənistanda saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "TASS" agentliyinə vəziyyətlə yaxından tanış olan mənbələr məlumat verib.

Mənbələrin verdiyi məlumata görə, saxlanılma hadisəsi kompüter fırıldaqçılığı və kibercinayətkarlıq işi çərçivəsində baş tutub: "Rusiya vətəndaşı A. Yermakov cari ilin iyun ayında İrəvanın 'Zvartnos' beynəlxalq hava limanında kompüter maxinasiyaları ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb".

Bununla belə, agentliyin mənbələri həbs qərarının məhz hansı ölkənin sorğusu və tələbi əsasında həyata keçirildiyini dəqiqləşdirməyiblər.