23 avqust 2023 13:43
260

Frans Bekkenbauerin səhhətində problem yaranıb

Almaniyanın və dünya futbolunun əfsanəsi Frans Bekkenbauerin səhhətində problem yaranıb.

“İki sahil” RTL televiziyasına istinadən xəbər verir ki, bu barədə Almaniya futbol yığmasının keçmiş kapitanı Lotar Matteus bildirib.

Matteus hazırda Bekkenbauerin vəziyyətinin pis olduğunu deyib, ona şəfa arzulayıb.

Qeyd edək ki, 77 yaşlı F. Bekkenbauer Almaniya yığmasının heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub.

O, “Qızıl top” mükafatının ikiqat qalibidir.