25 avqust 2023 08:57
290

Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb

Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb.

Əkinçiliklə məşğul olan işçiləri daşıyan mikroavtobus İstanbul-İzmir yolunun Soma-Savaştepe hissəsində minik maşını ilə toqquşub.

Zərbənin təsirindən mikroavtobus aşıb.

Yaralılar xəstəxanay yerləşdirilib, qəza ilə bağlı araşdırmalara başlanılıb.