Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.
“İki sahil” xəbər verir ki, Zelenski bu barədə teleqramda yazıb.
Onun sözlərinə görə, tərəflər bir çox mühüm məsələləri müzakirə edib: “Biz həmçinin sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq və Qara dəniz taxıl dəhlizinin blokadasının yaratdığı risklər barədə danışdıq”.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, H.Fidan daha sonra Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfəri çərçivəsində o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.