18 sentyabr 2023 16:39
347

 COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda sentyabrın 11-dən 17-dək koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 150, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 nəfərdir.