21 sentyabr 2023 10:31
353

Salyanda kanal kənarına atılan körpə sağlamlığına qovuşub -

Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.

Bu barədə "İki sahil"ə Salyan rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.