22 sentyabr 2023 16:19
430

Ruslan Əliyev Kürdəmirdə vətəndaş qəbulu keçirib - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin vətəndaş qəbulu bu gün Kürdəmir rayonunda  baş tutub. Baş direktor qəbul zamanı İsmayıllı, Ucar, Zərdab, Kürdəmir, və Ağsu rayonlarından ümumilikdə 41 vətəndaşın təbii qaz təchizatı ilə bağlı müraciətlərini dinləyib. Ünvanlanan müraciətlərin əksəriyyəti yerində cavablandırılıb. Bəzilərinin araşdırılmasını üçün isə  Birliyin əlaqədar strukturlarına konkret  tapşırıqlar verib.

Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun aparılır və məqsəd əhalinini  narahat edən sosial- məişət problemlərinin həllin nail olmaqla onların rifah halını yüksəltmək və vətəndaş məmnuiyyəti qazanmaqdır.

Elçin Zaman, «İki sahil»