Türkiyəli aktyor Oktay Kaynarca şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, aktyor yenidən ailə qura biləcəyini söyləyib: "Zaman çox sürətlə keçir. Bu qarmaşada həyatı əlimdən buraxdım. Amma evlilik və uşaq üçün hələ də ümidim var. Atam mən 5 yaşında olanda vəfat etdi. Uşağın ata və ana ilə böyüməsi dəyərlidir, ancaq ən vacib olan həyatdır. Ona görə də gec qaldığımı düşünmürəm".
Qeyd edək ki, Oktay 2012-2013-ü illərdə Melek Angunlə evli olub. Aktyor hazırda "Ben bu cihana sığmazam"da baş rolu ifa edir.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq