ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onu hava limanında İsrail Prezidenti İsaak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.
C.Baydenin İ.Hersoq və B.Netanyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyld Oustin də İsrailə səfər edib.
***
ABŞ Prezidenti Co Bayden İsraildə səfərdədir.
“İki sahil” xəbər verir ki, Baydenin təyyarəsi Tel-Əvivə enib.
***
ABŞ Prezidenti Co Bayden İsrailə uçub. İordaniya kralı ilə məsləhətləşdikdən sonra o, Əmmana səfərini ləğv edib.
“İki sahil” xəbər verir ki, daha əvvəl İordaniya oktyabrın 18-də günortadan sonra baş tutmalı olan Əmman sammitini ləğv etdiyini açıqlamışdı.
Tədbirdə ABŞ prezidenti Co Bayden, İordaniya kralı Abdulla, Misir prezidenti Əl-Sisi və Fələstin Muxtariyyətinin sədri Əbu Mazen iştirak etməli idi. İordaniyanın xarici işlər naziri məsələ ilə bağlı, “müharibənin bitməsindən başqa bir şey haqqında danışmaq faydasızdır” deyib.