Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.
“İki sahil” xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
İlkin müayinələr baş tutub və onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.
Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.
Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.
Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb