22 oktyabr 2023 00:06
340

Bakıda İran vətəndaşı qəza törədib, 3 avtomobilə ziyan dəyib

Bakının Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi yük maşını üç avtomobili əzib. Hadisədə "Chevrolet", "Kia" və "Opel" markalı minik avtomobillərinə ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

APA