Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxslərin mağazaya müştəri qismində daxil oaraq oradan 2000 manat nağd pulu oğurlaması məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Mingəçevir şəhər sakinləri, Kənan İsayev və Zakir Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb