22 oktyabr 2023 14:36
306

Bakıda avtobus park edilmiş avtomobilə çırpıldı - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Bildirilib ki, MİDA-nın yaşayış kompleksi ərazisində 9 nömrəli marşrut xətti üzrə işləyən avtobus yol kənarında park edilmiş avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxu.Az