Xalqımızın müasir tarixinə hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 il yaşadığımız yurd həsrətinə son qoydu. Dəmir yumruğa çevrilmiş vətənin igid oğullarının hesabına qazandığımız tarixi Qələbəmiz ağrı-acılarımızı ovutmaqla bizlərə qürur, sevinc hissi yaşatdı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının Vətən, yurd sevgisi heç nə ilə ölçüyə gəlməz.
Ata-babalarımızdan bizə ən böyük əmanət olan Vətən torpağını əsrlər boyu igid oğullarımız öz qanı və canı bahasına qoruyub.
“İki sahil” xəbər verir ki, tarix boyu yaddaşlarda yaşayacaq və xatırladıqca iftixarla adlarını anacağımız Culfa rayonunun qəhrəman oğullarından Daşqın Rzalı, Kənan Rzayev və Sahib Məmmədov bu gün Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, ailə üzvləri və kənd əhalisi tərəfindən məzarları başında yad ediliblər.
Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.