25 oktyabr 2023 12:23
400

Masallı sakinlərinin təbii qazla bağlı təklif və müraciətləri dinlənilib - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin bu həftə Azərbaycanın cənub bölgəsində təşkil olunan “Səyyarqəbul otağı” Masallı rayon sakinlərinin ixtiyarına verilib.

“İki sahil” xəbər verir ki,  Xəlfələr kəndində baş tutan aksiyada 10 sakinin müraciəti dinlənilib.  

Müraciətlər qeydə alındıqdan sonra Lənkəran Regional Qaz İstismar İdarəsinin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı izahatlar verilib.

Həmçinin onların qazla bağlı problemlərinin həlli istiqamətində də tapşırıqlar verilib.