Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Milli Məclisin deputatı Müşfiq Məmmədli partiya fəalları və yerli sakinlərlə növbəti görüş keçiriblər.
“İki sahil” xəbər verir ki, görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövlətinin bugünkü nailiyyətlərindən, tarixi ənənələrə malik, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın rəhbərliyi və təşəbüsü ilə həyata keçirilən siyasi islahatlardan, son illər qazanılan tarixi nailiyyətlərdən, əldə olunan uğurlardan, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışdıq, müharibədən ötən dövr ərzində məqsədyönlü dövlət siyasətinin, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin xalqımıza böyük tarixi töhfə olduğu vurğulanıb.
Görüşdə həmçinin vətəndaşları narahat edən bir sıra məsələlərə toxunulmuş və aidyyatı üzrə qeydlər aparıldı.