25 oktyabr 2023 17:16
417

"Azəriqaz"da gələcəyə hesablanmış perspektivlər və strategiya mövzusunda iclas keçirilib FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində gələcəyə hesablanmış perspektivlər və qurumun 2023-2026-cı illəri əhatə edən strategiyasının həyata keçirilməsi mövzusunda iclas keçirilib.

“İki sahil” xəbər verir ki,  iclasda Birliyin fəaliyyətinin səmərəliliyini gücləndirmək və Azərbaycanda qaz təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan Strategiyanın cari ilin oktyabr ayından tədbiqinə başlanıldığı bildirildi.

Bu strategiyanın bir hissəsi olan "Dəyər Yaratma" proqramı da tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Tədbirdə struktur bölmələrin rəhbərlərinin təklif və tövsiyələri dinlənildi və qarşılıqlı fikir mübadiləsi aparılıb.