20 noyabr 2023 15:52
260

Azərbaycan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycan SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri ilə ticarət sahəsində əməkdaşlığı genişləndirir. Belə ki, 2022-ci ildə Azərbaycan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli SPECA-nın Ticarət və Gender üzrə işçi qruplarının iclasında deyib.

Nazir müavini qeyd edib ki, bu göstərici 2021-ci illə müqayisədə 3,6 faiz çoxdur.