Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib. İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.
“İki sahil” xəbər verir ki, Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.
AZƏRTAC-ın lentə aldığı fotoları təqdim edirik.