27 noyabr 2023 10:30
400

Deputat Anar Məmmədov Qazanbulaq qəsəbəsində sakinlərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində sakinləri qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbulda rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.

Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.

Qəbulda iştirak edən sakinlər ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.