27 noyabr 2023 10:51
308

Kürdəmirdə ağacəkmə aksiyası keçirilib - FOTO

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada rayonun icra başçısı Elxan İbrahimov, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, əməkdaşları, partiya fəalları, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.

200-dən çox ağacın əkildiyi aksiyanın əsas məqsədi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.