16 fevral 2024 10:47
358

Sığortaolunanların sayı artıb

2024-cü ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 12,9 min nəfər və ya 0,26% artıb.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Beləliklə, 2024-cü ilin 1 fevral tarixinə uçota alınmış sığortaolunanların sayı 5,0 mln. nəfər təşkil edib", - deyə məlumatda qeyd edilib.