2023-cü ildə ixrac məqsədilə daxildə emal prosedurundan istifadə edən şirkətlərin sayı 2022-ci illə müqayisədə 77 % çox olub.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Sənayenin inkişafına və #ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir. Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85 %, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77 % artım müşahidə edilib", - deyə o qeyd edib.
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub