Cari ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.
Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilib. Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir (kondensata aid deyil - red.).
Beləliklə, Azərbaycan yanvar ayında "OPEC+" çərçivəsində kvotasından 77 min barel geridə qalıb.
Orta Dəhlizə potensial investisiyalar region ölkələri üçün dünya iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri açır – BVF
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir