16 fevral 2024 14:27
451

Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı 6 milyon dolları ötüb

2024-cü ilin yanvar ayında Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 70,3 faiz artaraq, 6,5 milyon dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 35,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.