"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qış aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.
Bilet almaq üçün ADY-nin kassaları, “ADY Mobile” tətbiqi və ya www.ady.az saytından yararlana bilərsiniz.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir