29 fevral 2024 18:04
478

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında Memorandum imzalanıb FOTO

Fevralın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“İki sahil” xəbər verir ki,  Dövlət Komitəsində keçirilən mərasimdə birgə sənədə Komitə sədri Bahar Muradova və QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd gender bərabərliyi, qadınların məşğulluğunun artırılması, onların ictimai həyatda aktiv iştirakının təşviqi, aztəminatlı ailələrdə böyüyən qızların təhsilinə dəstək, fiziki məhdudiyyəti olan şəxslərin və onların övladlarının cəmiyyətə inteqrasiyası və digər aidiyyəti istiqamətlərdə birgə sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsidir.