01 mart 2024 09:37
410

Xaçmazda mikroavtobus çaya aşıb, yaralanan var -  FOTO

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, “Ford” markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.