Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.