07 mart 2024 22:19
327

Culfada 8-Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib FOTO

Culfa Rayon Mədəniyyət Sarayında 8-Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısı vəzifələrini müvəqqəti icra edən Sara Hüseynova  çıxış edərək bildirib ki, Azərbaycan qadınının  cəmiyyətdə hər zaman özünəməxsus yeri olub. Onlar hər zaman dövlətin ictimai-siyasi, mədəni, elmi və.s işlərində yaxından iştirak ediblər. 

Respublikamız müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi ən böyük reformlardan biri də məhz qadınların ölkəmizin icimai-siyasi həyatına daha da sıx inteqrasiya olunması idi. 

Çıxışlardan sonra rayonun ictimai həyatında fəal rol oynayan qadınlara hədiyyələr təqdim edilib.

Daha sonra Culfa Rayon Mədəniyyət Sarayının instrumental ansamblının musiqili konsert proqramı təqdim olunub.