08 mart 2024 12:53
464

Qubanın Xınalıq və Qrız kəndlərinə qar yağıb

Martın 7-si axşam saatlarından başlayaraq Quba və Qusarın ucqar yaşayış məntəqələrinə qar yağıb.

“İki sahil” xəbər verir ki,  qarın hündürlüyü Qubanın Xınalıq kəndində 6, Qrız kəndində isə 3 santimetr olub. Hər iki yaşayış məntəqəsində mənfi 6 dərəcəyədək şaxta müşahidə edilib.