Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.
Məlumata əsasən, monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və.s) və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.
Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı enerji təhlükəsizliyi və istehlakçı maraqları ilə uzlaşdırılmalıdır
ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib